10 C
Baku
Wednesday, December 11, 2024

Bitcoinin qiyməti yeni maksimum səviyyəyə çatdı

Banker.az xəbər verir ki, Bitcoin rəqəmsal valyutasının orta ölçülmüş qiyməti 18 avqustda qeydə alınan daha öncəki rekord göstəricidən (4500 dollar) 4% artaraq 4700 dollar səviyyəsində yeni maksimum həddə çatıb.

Bununla da, ən populyar kriptovalyuta ilin əvvəlindən 350%-dən çox bahalaşıb. Xatırladaq ki, 2017-ci ilin 1 yanvar tarixində onun qiyməti təqribən 1000 dollar təşkil edirdi. İndi isə Bitcoin demək olar ki, 3 unsiya qızıla bərabərdir.

Standpoint Research şirkətinin təsisçisi və analitiki Ronni Moas güman edir ki, 2020-ci ilin sonuna qədər Bitcoin valyutasının dəyəri 1 qəpiyə görə 15-20 min dollara çatacaq. Onun proqnozlarına əsasən, bütün rəqəmsal valyutaların bazar kapitalizasiyası yaxın 10 il ərzində hazır ki 165 milyard dollardan 2 trilyon dollara qədər artacaq.

Moas daha əvvəl Bitcoinin dəyərinin bir neçə aydan sonra 5000 dollara artacağını, Ethereumun qiymətinin isə iki qat yüksələcəyini proqnozlaşdırmışdı.

 

Son xəbərlər
Digər xəbərlər