20 C
Baku
Tuesday, September 30, 2025

“Ziraat Bankası” Özbəkistan bankının səhmlərinin qalan 50%-ni də alır

Türkiyənin “Ziraat Bankası” Özbəkistanın “Ut Bank”ın səhmlərinin qalan 50%-lik hissəsini də alır.

Bu barədə türk mətbuatına istinadən xəbər verilir

Məlumata görə, Özbəkistanın baş nazirinin köməkçisi Camşid Kuçkarov “Bloomberg”ə bildirib ki, əgər qiymət məsələsində razılıq əldə olunsa, səhmlər satılacaq. “UT Bank”ın sədri Ercan Bulut isə bununla bağlı işlərin son mərhələdə olduğunu və “UT Bank”a 100% sahib olacaqlarını deyib.

Qeyd edək ki, “UT Bank” kapitalında xarici şirkətin iştirak etdiyi ilk Özbəkistan bankıdır. Hazırda onun səhmlərinin 50%-i Özbəkistan “Agrobank”ına, 49,98%-i “Ziraat Bankası”na, 0,02%-i isə “Ziraat Bank İnternational”a (Almaniya) məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər