17 C
Baku
Friday, November 1, 2024

Huawei ilk dəfə satış həcminə görə Apple-ı geridə qoydu

Banker.az xəbər verir ki, Çinin Huawei şirkəti 2017-ci ilin iyun ayından ilk dəfə olaraq dünya üzrə satılmış mobil telefon həcminə görə amerikalı Apple şirkətini geridə qoyub.

Counterpoint araşdırmasına görə, Huawei hələ iyun ayında qlobal smartfon satışı həcminə görə Apple şirkətini əhəmiyyətli dərəcədə üstələyib.

Belə ki, iyul ayında Huawei şirkətinin payı təqribən 11,6%, Apple – təqribən 11,18%, satış lideri Samsung isə təqribən 20,36% idi. Araşdırmanı həyata keçirən sözügedən şirkətin direktoru Piter Riçardsonun sözlərinə görə, Apple şirkətinin yeni smartfonların buraxılışından sonra itirilmiş pozisiyasını qaytarmaq ehtimalı olsa da, ikinci pilləni tutmaq çin brendi üçün çox vacibdir.

Bununla belə, şirkət ekspertləri qeyd edir ki, Huawei məhsullarının ümumi yüksək populyarlığına baxmayaraq, dünya üzrə ən populyar smartfonların ilk onluğunda bu istehsalçının heç bir telefonu yoxdur.

Son xəbərlər
Digər xəbərlər