Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı girovsuz olaraq ləvğetmə prosesində olan “Bank Standard” QSC-dən 100 mln. manatdan çox kredit götürüb.
Bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
Bununla belə, o, söhbətin konkret olaraq kimdən getdiyini açıqlamayıb. Ə.Həsənov həmçinin deyib ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun vaxtilə “Bank Standard”a ayırdığı 20 mln. manat vəsaitin növbədənkənar qaytarılması ilə bağlı tələbi qanunsuzdur: “SKMF də kreditorlardan birdir və komitənin üzvüdür. Biz fonda müraciət etməliyik ki, ya iddiadan əl çəkin, ya da Kreditorlar Komitəsini tərk edin”.