2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin bank əmanətləri 15,1% – 5 mlrd. 38,7 mln. manatadək (əhalinin bütün əmanətlərinin 73,4%-i) azalıb. Bu barədə mənbə agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Cari ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri 7,9% – 6 mlrd. 860,7 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 20,1% – 1 mlrd. 822 mln. manatadək (bütün əmanətlərin 26,6%-i) artıb.
2017-ci il avqustun 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 54,1 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 806,6 mln. manat təşkil edir. Yanvar-iyul aylarında rezidentlərin əmanətləri 6,6%, qeyri-rezidentlərin əmanətləri 16,6% azalıb.
İyulun 31-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 21 mlrd. 352,5 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 3,4% azdır.