10 C
Baku
Thursday, December 12, 2024

Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

X. Abdullayev APA-ya eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Trend-in xəbərinə görə, Mərkəzi Bank da Abdullayevin öz istəyi ilə postu tərk etməsini təsdiqləyib.

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprelində bu vəzifədə çalışırdı.

Hazırda AMB-nin İdarə Heyətinin tərkibi 4 nəfərdən ibarətdir: sədr Elman Rüstəmov, birinci müavin Alim Quliyev, müavinlər Vadim Xubanov və Aftandil Babayev.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentinin sərəncamı ilə təyin olunur

Son xəbərlər
Digər xəbərlər