Yanvar-avqust aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Bu barədə Banker.az-a Vergilər Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, 2017-ci ilin yanvar-avqust ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 milyard 671 milyon 367,3 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.