13 C
Baku
Friday, November 22, 2024

Depozitinizi vaxtından əvvəl bağlasanız nə baş verə bilər?

Bankda əmanət yerləşdirmək istəyirsinizsə bu zaman əvvəlcədən düşünməli və sizə uyğun olan depoziti seçməlisiniz. Çünki elə hallar baş verə bilər ki, siz uzun müddətə yerləşdirdiyiniz əmanəti bir anda vacib səbəblərdən geri götürməli ola bilərsiniz. Bu səbəbdən də depozit açdırarkən depozitin müddətinə və şərtlərinə diqqət yetirin.

Misal üçün, əgər siz qısa müddətə əmanət yerləşdirmək istəsəniz, bu zaman sizin depozitinizin faizlərinin bankdan asılı olaraq dəyişməsinə baxmayaraq yenə də digər depozit növlərinə nisbətən aşağı olacaqdır. Qısamüddətli yerləşdirdiyiniz depozitlər də sizin hesabınıza əlavə vəsaitin qoyulmasına icazə verilməyəcəkdir. Bu zaman əgər siz əlavə vəsait qoymaq istəsəniz, sizə yeni əmanət hesabı açılır və müvafiq qaydalara uyğun faizlər hesablanır. Onu da qeyd edək ki, əgər siz qısa müddətə yerləşdirdiyiniz əmanətinizin müqavilədə nəzərdə tutulan vaxtı bitdiyi zaman əmanətinizi tələb etməsəniz onda, müqavilə həmin müddətə uzaldılmış olacaq. Yox əgər bank müqavilənin müddətinin uzaldılmasına razı olmasa sizə xəbər verilərək əmanətinizi geri qaytaracaqdır. Banklardan asılı olaraq şərtlər dəyişə də bilər.

Əgər sizə uyğun olan və uzun müddətli depozit seçmisinizsə, o zaman sizin əmanətiniz bir neçə il müddətində açılacaq və faiz dərəcələri birbaşa olaraq depozitin müddətindən asılı olacaq. Belə ki, depozitin müddəti nə qədər böyük olarsa, ona bir o qədər çox aylıq faiz hesablanır. Əgər siz pulunuzu nəzərdə tutulan müddətdən əvvəl götürmək istəsəniz bu zaman bəzi problemlərlə qarşılaşa bilərsiniz.

Depozitin vaxtından əvvəl bağlanması zamanı hansı problemlerlə qarşılaşacaqsınız?

Uzunmüddətə yerləşdirdiyiniz depoziti müqavilədə qeyd olunan vaxtdan əvvəl götürdüyünüz zaman əksər hallarda sizin depoziti yerləşdirdiyiniz müddətlə əlavə gələn faizlərinizi itirəcəksiniz və bu zaman faizlər əmanətin faktiki dövrünə düşən illik faiz dərəcəsi ilə hesablanacaq.

Misal olaraq, siz Bank Respublikada yerləşdirdiyiniz əmanətinizin tam məbləğini maksimum 5 iş günü ərzində geri ala biləcəksiniz. Bu öhdəlik əmanətinizi Banka yerləşdirdiyiniz zaman imzaladığınız müqavilədə də əks olunacaqdır. Əmanətinizi vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər sizə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir. Əgər, əmanətin faktiki müddəti:

  • 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
  • 91 – 365 gündürsə – hesablanmış faizlərin 45 %-i ödənilir
  • 366 gün və daha çox – hesablanmış faizlərin 75% -i ödənilir

Misal, əgər siz banka 600 AZN depozit yerləşdirmisiniz və qeyd olunan müddət bitmədən əvvəl geri götürmək istəyirsiniz. Əgər 3 ay və daha qısa müddətdən sonra götürmək istəsəniz sizə heç bir faiz hesablanmır və siz geriyə sadəcə 600 AZN geri götürəcəksiniz. Əgər siz 600 AZN dəyərində yerləşdirdiyiniz əmanətinizi 3 ayla 12 aya qədər olan müddətdə geri götürmək istəsəniz bu zaman sizin illik 9% yerləşdirdiyiniz əmanətiniz 654 AZN olacaqdır. Siz isə vaxtından tez götürdüyünüzə görə əlavə qazandığınız 45 AZN nin 45 % ni götürə biləcəksiniz ki, bu da 624,30 AZN edir. Yox əgər 12 ay və daha çox müddətdə geri götürsəniz bu zaman faizlərlə hesablanmış 654 AZN dən 640,50 AZN əldə edə biləcəksiniz.

Qeyd etmək istərdik ki, bu məqalədə məqsədimiz sizə əmanət yerləşdirərkən daha diqqətli olmağınızı bildirmək və əgər yalnış əmanət növünü seçərək vaxtından əvvəl əmanətinizi geri götürmək istəsəniz nələr itirə biləcəyinizi göstərməkdir.

Son xəbərlər
Digər xəbərlər