18 C
Baku
Sunday, September 29, 2024

Milyarderlər nələrə qənaət edir?

Özlərinə arzusunda olduqları hər bir şeyi əldə edə bilən uğurlu sahibkarlar üçün qənaətcillik ən üstün xüsusiyyətlərdən biri rolunu oynayır. Onlar marketinq fəndlərinə aldanmır, emosiyalara qapılmır və yalnızca lazımi şeyləri alırlar.

Bu yazıda Banker.az saytı milyarderlərin öz tələbatlarını necə məhdudlaşdırdığından və nələrə qənaət etdiklərindən bəhs edəcək:

IKEA şirkətinin təsisçisi İnqvar Kamprad

Sərvəti : $3,3 milyard

Necə qənaət edir: ucuz biletlər alır və geyimlərini endirimlərdən əldə edir.

İsveçli milyarder İnqvar Kamprad öz qənaətcilliyi ilə məşhurdur. Hazırda o yaşı ilə əlaqədar olaraq o qədər də çox fəal deyil və evdə vaxt keçirməyə üstünlük verir. Lakin o təqaüdə yollanmazdan əvvəl hər zaman qənaətcil qərarlar verirdi: ucuz aviabiletlər və endirim zamanı geyim alırdı. Kamprad öz Volvo avtomobilini 15 il, taki yaxınları onu bu avtomobilin artıq çox təhlükəli olduğuna inandırana qədər istifadə edir. Kamprad pullara qarşı bu cür davranışı səbəbindən bir neçə dəfə xoşagəlməz vəziyyətlərə düşüb. Məsələn, bir dəfə onu “İlin biznesmeni” mükafatının təqdim edilməsi mərasiminə buraxmaq istəmirdilər. Çünki o buraya avtobus ilə gəlmişdi.

Facebook təsisçisi Mark Zükerberq

Sərvəti: $33 milyard

Necə qənaət edir: $30 000 dəyəri olan Volkswagen sürür

Gənc milyarder işə dəyəri 30 000 dollara olan qara Volkswagen GTI avtomobili ilə gedir. Bundan əlavə, o daim sadə geyim tərzinə üstünlük verir. Onun keçmiş kolleqalarının sözlərinə görə, Facebook şirkətinin kapitalizasiyası 1 milyard dolları üstələdiyi zaman da sosial şəbəkə yaradıcısı kiçik mənzildə yaşayırdı və döşəmədə matras üzərində yatırdı. 2011-ci ildə o nəhayət ki Palo-Altoda 7 milyon dollara özünə ev alır.

İnvestor Warren Buffet

Sərvəti: $72 milyard

Necə qənaət edir: $31 500-lıq mənzildə yaşayır

Əfsanəvi investor Warren Buffet dünyanın ən varlı insanlarının üçlüyünə daxil olsa da, hələ də 1958-ci ildə əldə etdiyi 31 500 dollarlıq mənzildə yaşamağa üstünlük verir. O zamandan etibarən Buffetin evinin dəyəri artıb. Belə ki, 2003-cü ildə sözügedən bu mənzil 700 000 dollar olaraq qiymətləndirilmişdi. Lakin buna baxmayaraq, mənzil yenə də Zükerberqin imarətindən ucuzdur.

Buffet öz bərbərinə də sadiqdir. Artıq 20 ildən çoxdur ki, o Omahoda həftədə iki-üç dəfə 18 dollara eyni ustanın xidmətlərindən istifadə edir.

İnvestor artıq pul xərcləməkdə bir məna görmür. Dünyanın ən varlı insanlarından biri olan bu şəxsin yaxtası yoxdur, çünki “oyuncaqların əksər hissəsi – boyunda əlavə ağrı kimidir”.

 

Microsoft təsisçisi Bill Gates

Sərvəti: $79 milyard

Necə qənaət edir: $10-lıq qol saatından istifadə edir

Dünyanın ən varlı insanı olan Bill Gates bir dəfə çoxmilyardlıq sərvətini uşaqlara bağışlayacağını elan edərək hər kəsi heyrətləndirmişdi. Onun ölümündən sonra sərvətinin böyük bir hissəsi xeyriyyə məqsədilə sərf olunacaq. Hələ 2008-ci ildə milyarder Microsoft şirkətində gündəlik işini xeyriyyə fəaliyyəti uğrunda yarımçıq qoydu. Bununla belə, o özünə pul xərcləməyi sevmir. 2014-cü ildə Politico nəşrinin təşkil etdiyi tədbirdə kompüter maqnatı dəyəri 10 dollar olan qol saatından istifadə etdiyini etiraf etmişdi.

Google təsisçisi Sergey Brin

Sərvəti: $29  milyard

Necə qənaət edir: ucuz mağazalardan alış-veriş edir

Google şirkətinin həmtəsisçilərindən biri Sergey Brin bir neçə təyyarəyə, San-Fransisko yaxınlığında böyük evə və digər dəbdəbə nümunələrinə sahib olsa da, hələ də ucuz qiymətə məhsullar təklif edən Costco mağazalarından alış-veriş etməyə üstünlük verir. Bu məhsulları ala bilmək üçün Costco mağazasından 55 dollara illik üzvlük almaq lazımdır. O 2007-ci ildə verdiyi müsahibəsində bildirmişdi ki, qənaətcil olmağı öz valideynlərindən öyrənib. Bununla belə, o öz valideynlərinə də Costco-dan alış-veriş etməyi öyrədib.

Son xəbərlər
Digər xəbərlər