Cəbrayıl rayonundakı “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bununla da, Sənaye Parkı yeni yaradılan dəmiryol şəbəkəsinə (Horadiz-Ağbənd dəmir yolu xətti) qoşulacaq.
Layihəni nazirliyə məxsus “Tikinti-Təchizat Birliyi” MMC reallaşdırır. Bu işlərin 18,045 milyon manata başa gələcəyi gözlənilir.







