Korporativ və OKB kreditləri üzrə Mütəxəssis / Baş Mütəxəssis (Bakı, Quba, Qusar, Xaçmaz, Şəki, Şamaxı, Ağsu, Kürdəmir və Şirvan filialları)
Vəzifə və öhdəliklər:
• Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması (İşlədiyi region və ona yaxın bölgələr üzrə);
• Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
• Müştərilərin bizneslərinin maliyyə təhlilinin aparılması;
• Kredit işinin kredit komitəsinə hazırlanması və təqdim edilməsi;
• Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə azı 3-4 il iş təcrübəsi;
• Yüksək analitik düşüncəyə malik olması;
• Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33