Banker.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro neft istehsal edən ölkələr ilə neft satışı üçün valyuta zənbilinin yaradılması məsələsini müzakirə etməyi təklif edib.
Rusiya energetika həftəsində çıxış edən Maduro deyib:
“Neft satışı zamanı valyuta zənbilindən istifadə edilməsinə başlamaq Venesuela üçün mütləqdir. Neftimizin satışı üçün regionallaşdırılmış parametrlərə əsaslanan vasitə və çin yuanının, rus rublunun, avro və dolların olduğu valyuta zənbilini yaratmaq lazımdır”.
Onun sözlərinə görə, neft satışı üzrə yeni idarəetmə mexanizmi bazarı stabilləşdirməyə və ədalətli qiymətlər təyin etməyə imkan verəcək. Bundan əlavə, Maduro OPEC təşkilatına üzv olmayan ölkələr də daxil olmaqla bütün neft istehsal edən ölkələr üçün “regionallaşdırılmış neft qiymətləri” yaratmağın mütləqliyini vurğulayıb.