Hazırda ölkə ərazisində bankomatların sayı 2397 ədəd təşkil edir.
Banker.az saytının Mərkəzi Banka istinadən verdiyi xəbərə görə ilin əvvəlindən ölkədə olan bankomatların sayıda 137 ədəd artım olub.
Həmçinin Bakıda olan bankomatların sayı 88 ədəd, Regionlarda olan bankomatların sayı isə 49 ədəd artıb. Statistikaya diqqət yetirsək görərik ki, daha çox artım Bakı şəhərində olmuşdur.
Bankomatlardan fərqli olaraq Pos terminalların sayında ilin əvvəlindən 1 821 ədəd azalma müşahidə olunmuşdur.