10 C
Baku
Friday, December 13, 2024

Yeni 2014-cü ili necə düzgün qarşılamaq lazımdır?

Yeni 2014-cü il At ilidir. O, özünün hüquqi qüvvəsinə 31 yanvar 2014-cü ildə daxil olacaq və 2015-ci ilin fevral ayının 15-nə qədər idarə edəcək. Hamınıza ayın 31-də yeni 2014-cü ili tam ürəyiniz istədiyi kimi qarşılamağı arzu edirik.

Qədim şərq ənənələrinə əsasən, sonu 4 ilə bitən ilin rəngi göy olur. Elə ilin həmaili də (talisman) öz qaynağını buradan götürür – Qədimi göy rəngli at və onun maraq dairəsi kifayət qədər genişdir. Onun yaşayış məskəni su məkanıdır ki, su da özünün dinamikliyi, dəyişkənliyi, hər yerə nüfuz edə bilməsi, axması və tez şəklini dəyişməsi ilə xarakterizə olunur.  Göy rəngli at – kosmosun,  səma üzərindəki qübbənin rəngidir.

Ənənəvi olaraq yeni ili öz doğmalarınla, ailə üzvləri və ən yaxın dostlarla qarşılamaq tövsiyə olunur. At ev heyvanı olduğu üçün əlavə səs-küyü və çaxnaşmanı sevmir. Ona görə də ailəvi masa arxasında yığışmaq ailə bağlarını gücləndirir və üzümüzə gələn ilə ailənizə stabillik gətirir. Amma bununla yanaşı at müstəqilliyi və sərbəstliyi sevən, küləyə qarşı çapan bir mustanqdır, ona görə də yeni ildə yeni tanışlıqlar, dəyişikliklər  və yeni kəşflər istəyirsinizsə, yeni ili açıq havada, evinizin həyətində, meşə talasında, küçədə və s. qarşılaya bilərsiniz, elə bir yer ki, məkan geniş olsun və təmiz havanı rahatca sinəyə çəkə biləsən.

__2_content2014-cü ilin ərəfəsindəki gecədə rəqs etmək çox arzu olunandır, özü də mümkün qədər çox rəqs etmək. At elə bir heyvandır ki, hərəkət və sürəti sevir. Həmçinin o, çox fəaldır və özünə diqqət tələb edir. Əgər siz yenə də utancaq olaraq qalsanız və başqalarının necə əyləndiyinə baxsanız, onda At da 2014-cü ildə Sizi ötərək öz diqqətini başqalarına yönəldəcək. Sizin uzun müddətdir arzusunda olduğunuz şeyləri əldə edə bilməyəcəksiniz. Məhz buna görə bütün çəkincəkliyi, utancaqlığı bir kənara atmaq və başgicəlləndirici yeni il əyləncəsinə qatılmaq lazımdır.

Amma Yeni ilin başlanmasını harada qeyd etməyinizdən asılı olmayaraq, yeni il gecəsinin gözləntiləri sizin qəlbinizi sevinc, xoşbəxtlik və gözəl gələcək haqqında arzularla dolduracaq.

Saat 12-ni tamamlamağa bir neçə dəqiqə qalmış, 2013-cü ildə başınıza gələn hər şeylə vidalaşın, sizə bəxş etdiyi xeyirxah əməllərə görə minnətdarlıq edin, başınıza gəlmiş uğursuzluqlara görə özünüzü bağışlayın. Yeni ildə hər şeyin yalnız yaxşı olacağını və özünüzün ən ülvi arzularınızı gerçəkləşdirə biləcəyinizi, bütün il nikbinliyi qoruya biləcəyinizi düşünün.

 2014-cü ili – At ilini təmtəraq və dəbdəbə ilə, parlaq və işıqsaçan bəzəklərlə qarşılamaq lazımdır. At – səxavətli təbiətə malikdir, o, xəsis və qənaətcil insanları sevmir, ona görə də Yeni il süfrəsi və ya yolkanın bəzəkləri olduqca zəngin, rəngarəng, al-əlvan olmalıdır. O, özünün rəngarəngliyi ilə insanlara sevinc gətirməlidir. Göy, gümüşü və qızılı rənglər üstünlük təşkil etməlidir. Yolka oyuncaqları kimi ağacdan müxtəlif ölçülü kürəciklər, qar, buz salxımları, ulduz dənəcikləri, zəncir həlqələri, at nalları və mütləq at fiqurları asmaq lazımdır. Yolkadakı lentlər və digər bəzəklər də rəngarəng olmalı, lakin göy və gümüşü çalarlar üstünlük təşkil etməlidir.

Yeni il süfrəsi necə olmalıdır?

sheklilBaxmayaraq ki, Yeni il – hər il qeyd etdiyimiz bir bayramdır,  hər dəfə ortaya belə bir sual çıxır, onu necə düzgün qarşılamaq lazımdır, axı hər bir ilin öz totemi və ənənələri vardır.

Yəqin ki, hər bir xanım razılaşar ki, yeni il süfrəsinin hazırlanması və tərtibatı – kifayət qədər çətin məsələdir. Məşhur bayram süfrəsini hansı təamların bəzəməli olduğunu heç də hamı bilmir. Ona görə də menyu haqqında öncədən düşünmək və inqrediyentləri diqqətlə seçmək lazımdır.

Yeni il süfrəsində tərkibində şəkər çuğunduru, kök, xiyar, kabak, kələm olan salatlar olsa yaxşıdır, ümumiyyətlə bu məhsullar Atın ən çox sevdikləri sırasındadır. At – vegetariandır, ona görə də Yeni il süfrəsinin ən gözəl bəzəkləri meyvə, tərəvəz və göy-göyərti olacaqdır. Nə hazırlamaqla yanaşı, onu necə təqdim etmək də olduqca vacibdir.
Məsələn, süfrənin ortasında mütləq ən vacib yemək dayanmalıdır. Məsələn, ailədə ənənəyə çevrilmiş bir yemək, Azərbaycan süfrəsində bu aş ola bilər. Amma onun tərtibatında kahıdan və göylərdən istifadə etmək olar.  Bayram süfrəsində mütləq alma, üzüm, şüyüd və kələm salatı olmalıdır.

At qənd yeyəndir. Ona görə də müxtəlif şirniyyatlar bişirmək və onlar üzərində şəkər tozu çiləmək olar. Belə bişmişləri hazırlamaq çətin deyil, əvəzində evinizdən isti çörək ətri gələcək.  Əgər istəsəniz kökələrin içərisinə qatılaşdırılmış süd və ya bişirilmiş krem qoya bilərsiniz. Müxtəlif şirniyyatlar nə qədər bol olsa yaxşıdır.

Stolun üzərində tortlar, pirojna, şirin kökələr, ədviyyatlar və pendir olsa gözəl olar. İlin hamisi şirələr, mineral sular və şərabları dəstəkləyir. Süfrəyə qırmızı meyxoş şərablar qoymaq olar, amma ağ tünd içkilərdən imtina etsəniz yaxşıdır, həm sağlamlığınıza çox zərər dəyməz, həm də at bu cür ziyafətdən məmnun qalar. Nəzərə alın ki, 31-dən 1-nə keçən gecə  29-cu qəməri günün təsiri altında olacaq. Bu gün emosionallıq və zədələnmək ehtimalları yüksək olur, ona görə də tünd içkilər bayramı poza bilər.

Yeni ili hansı geyimdə qarşılamalı?

__5_contentYaxşı olar ki, xanımlar öz geyimlərini atla bağlı aksessuarlarla bəzəsinlər. Bu qızılı və ya gümüşü boyunbağılar, üzərində at nalı formasında olan kulonlar və istənilən atla bağlı sancaqlar (broşkalar) ola bilər. At toteminin kosmik mənzərəsi özündə qızılı və gümüşü ulduzların parıltılarını əhatə edir. Hər bir at isə qızıl nal və ya qoşqu, yəhər haqqında arzular qurur. Digər vacib xırdalıqlara gəldikdə isə, çalışın rəngarəng manikürü istisna edəsiniz.  Yaxşı olar ki təbii çalarlara və bir tonlu dırnaq boyalarına üstünlük verəsiniz, məsələn ət rəngi, bej və ya rəngsiz boyalar. Təmtəraqlı saç düzümlərinə gərək yoxdur. Atların yalları (saçları) həmişə gözəl görünür və həmişə açıq olur, külək dəydikcə yırğalanır. Siz də öz saçlarınızı açıq edə və ya iri buruqlar şəklinə sala bilərsiniz və ay saçlarını yığa və at quyruğu şəklində sallaya bilərsiniz. Saçlarınızı yığdıqda göy, gümüşü və qızılı rənglərdə bağlardan və  saç sancaqlarından istifadə edə bilərsiniz.

Kişilər tünd göy rəngli kostyumlara və ya konvoy sayağı cinslərə üstünlük versələr yaxşıdır. Bu geyim sizin yeni gələn illə əlaqənizi göstərməlidir. Məsləhətdir ki, üzünüzü təraş edəsiniz, ya da bütün ili öz hədəflərinizə nail olmaq üçün əziyyət çəkəcəksiniz. Gözlərinizi yumun və atın necə narın, yumşaq dərisi olduğunu xatırlayın – bax, ona görə siz də qüsursuz görünməlisiniz.

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.