“AzeriCard” prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.
Prosessinq mərkəzinin rəsmi məlumatına əsasən, oktyabr ayının 12-dən oktyabr 13-cə keçən gecə , növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq saat 00:30-dən saat 06:00-dək plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar keçməyəcək.
Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız.
“AtaBank” ASC Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.