Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 22130 nikaha daxilolma və 11678 boşanma halları qeydə alınıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalmışdır.







