Unibank dəyərli müştərilərinin diqqətinə çatdırır ki, yanvarın 6-sı qeyri-iş günü olsa da, Unibank filialları müştərilərinin üzünə açıq olacaq. Hər kəs bank filiallarına müraciət etməklə, bütün bank xidmətlərindən istifadə edə biləcək.
Bayram günləri ilə əlaqədar olaraq, 31.12.2013-cü il tarixdən 05.01.2014-cü ilədək bank filialları işləməyəcək. Amma buna baxmayaraq, müştərilər bayram günlərində kredit ödənişlərini Unibank-ın ödəniş terminallarında, unibank.az və hesab.az saytından onlayn, Milli ÖN paypointlərində və Azərpoçt məntəqələrində ödəyə bilərlər.