Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 bankın qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların yekun məbləğini açıqlayıb.
Ləğv prosesində olan “United Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. maanat olmaqla onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 976 441 manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 120,408 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 43,222 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 72,196 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 27,914 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 3,088 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 14,352 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 2,004 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,9%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 437,745 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond 11 bank üzrə 747,937 mln. manatdan artıq kompensasiya ödəyib.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 28,4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28,3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.