Bakıda keçirləcəcək “II Baku Shopping Festval” ilə əlaqədar olaraq “Amrahbank” ASC müştərilərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejiminə keçəcək.
Bankın yaydığı məlumata istinadən, Festival çərçivəsində müştərilərin valyuta mübadiləsi xidmətindən rahat istifadə etmələri üçün, 15 oktyabr-15 noyabrda Səbail, İnqilab, 28 may və Gənclik filialları fəaliyyət göstərəcəkdir. Sadalanan 4 filial hər gün saat 09:00-dan 20:00-dək xidmət göstərəcəkdir.
Qeyd edək ki, adı çəkilən filiallarda həftənin 5 günü, saat 09:00-17:00-a kimi bütün bank xidmətləri müştərilərə təqdim ediləcək.
Filialların ünvanları:
Səbail filialı-Nizami küç. 187 A
İnqilab filialı– Həsən Əliyev küç. 74
28 May filialı– 28 May küç. 74, 717-ci məhəllə
Gənclik filialı– Oqtay Kərimov küç. 70 D
https://www.facebook.com/AMRAHBANK.ASC/photos/a.416859838350036.81676.284607941575227/1456494521053224/?type=3