Sığorta xidmətləri toplusu üzrə açıq tenderin nəticələrinə dair Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlama verib
Banker.az xəbər verir ki, AMB tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə elan edilmiş açıq tenderdə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “AxaMbask Sığorta” ASC qalib elan edilib.
Qalib şirkətlərlə satınalma müqavilələri imzalanmışdır.