“PAŞA Bank” ASC manatla istiqraz buraxılışının müvəqqəti olaraq təxirə salınmasının səbəblərini açıqlayıb.
“PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib ki, ilin əvvəlindən banklarda manatla likvidlik artdığından milli valyutada istiqraz buraxılışı müvəqqəti olaraq dayandırılıb.
“Sözsüz ki, bankda tələbat artanda biz bu buraxılışı həyata keçirəcəyik”, – deyə o vurğulayıb.