12 C
Baku
Friday, March 24, 2023

Taleh Kazımov

Qisa informasiya

 PAŞA Bank – Baş İcraçı direktor və İdarə heyətinin sədri

Vəzifədə: 1 iyul 2015-ci il tarixdən

Öncəki dövrdə Taleh Kazımov PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışmışdır və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olmuşdur. Cənab Kazımov PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulmuş, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlmişdir.

Kazımov maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlamış, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışmışdır. Eyni zamanda, Cənab Kazımov 2006-cı ildə “Ernst and Young” şirkətində auditor vəzifəsində də işləmişdir.

Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatlaşma və Kompüter mühəndisliyi” fakültəsində almışdır. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirmişdir.

Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olmuşdur.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər

X