9 C
Baku
Thursday, December 12, 2024

“Bellesbumprom” konserninin müəssisələrindən Azərbaycana ixrac 2,3 dəfə artıb

“Bellesbumprom” konserninin müəssisələrindən Azərbaycana ixrac 2,3 dəfə artıb.

Konsernin mətbuat xidmətinin “Azərbaycan perspektivli bazardır” sərlövhəli məlumatına istinadən, konsernin müəssisələri 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan bazarına 9,44 milyon ABŞ dolları dəyərində məhsul ixrac ediblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

İxracın əsas hissəsi (54 faizdən çox) taxta-şalban materiallarının və fanerin, ağac-yonqar və ağac-lif plitələrinin payına düşür. Azərbaycana divar kağızı, mebel, kibrit, kağız, karton, habelə qapı, pəncərə və digər ağac məmulatı göndərilir.

İxracın bu istiqaməti konsernin müəssisələri üçün çox perspektivlidir. MDB ölkələrinə göndərilən yüklərin həcminə görə cari ildə ixracın ən dinamik artımı Qırğızıstan (artım 4,8 dəfə olub, yüklərin ümumi məbləği isə 2,7 milyon dollar təşkil edib) və Azərbaycan ilə (artım 2,3 dəfə, dəyər ifadəsində 9,4 milyon dollar) əlaqələrdə müşahidə olunub.

Azərbaycan Belarusdan MDB ölkələrinə malgöndərmələrin həcminə görə Rusiya, Ukrayna və Qazaxıstandan sonra dördüncü yeri tutur. Konsernin məlumatında qeyd olunur ki, bu gün Azərbaycan fəal inkişaf edir, ölkədə çoxsaylı obyektlər, o cümlədən mənzil tikilir, buna görə də inşaat materialları, interyer üçün nəzərdə tutulan mebel, divar kağızı və başqa məmulatlara tələbat çoxdur. Belarusdan alınan ağac emalı məhsullarının keyfiyyəti istehlakçıların tələblərinə tam cavab verir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər