6 C
Baku
Sunday, December 15, 2024

Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub

2018-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib.

“Artıq büdcə zərfi parlamentdədir. Sənəd 1-2 günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq”, – deyə Z. Səmədzadə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər