6 C
Baku
Sunday, December 15, 2024

Asiya İnkişaf Bankı Azərbaycana 46 milyon dollar kredit ayırır

Asiya İnkişaf Bankı bio-enerji sahəsinin inkişafı üçün Azərbaycana 46 milyon dollar kredit ayırmağı planlaşdırır.

Bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O bildirib ki, bu layihələrin Ağcabədi, Oğuz və Samux rayonlarında reallaşdırılması nəzərdə tutulur. Həmin vəsait layihələrin 90 faizini təmin edəcək. Qalan 10 faiz isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

“Hazırda bank bununla bağlı texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasını yekunlaşdırır. Sənədlərə uyğun olaraq xüsusi bir tarif verildiyi halda bu bank layihələrin maliyyələşməsinə öz razılığını bildirəcək”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər