6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı Dövlət Neft Fondunun aktivləri artıran səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri artmışdır. Belə ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb.

İqtisadçı-ekspert Samir Əliyev artımın səbəblərini öz sosial səhifəsində bölüşüb.

Ekspertin fikirincə, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır. “Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə $1,3 milyard qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub. Funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimizi $232,4 milyon həcmində artırıb.” – deyə ekspert bildirir.

Artıma digər səbəb kimi də Qızılın bahalaşmasını göstərir. S. Əliyev bildirir ki, 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq $133,3 milyon gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb.

“Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna “zibil” reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir.” – deyə iqtisadçı-ekspert yazır.

Son xəbərlər
Digər xəbərlər