7 C
Baku
Thursday, December 12, 2024

Mastercard çeklərdə imzalardan imtina edir

Banker.az xəbər verir ki, qlobal ödəniş sistemi Mastercard ABŞ və Kanada ticarət nöqtələrində imzalardan ödənişin təsdiq edilməsi vasitəsi olaraq istifadə edilməsindən imtina edir.

Belə ki, 2018-ci ilin aprel ayından bu əməliyyat sisteminin kart sahiblərinə supermarketlərin kassalarında çekləri imzalamaq lazım olmayacaq.

Bu addım tranzaksiyanın sadələşdirilməsinə yönəlib. Bundan əlaqə, qərar çipli kartların hər yerə yayılması, həmçinin biometrik kredit kartları ilə eksperimentlər ilə bağlıdır. İmza artıq təmassız ödənişlərə vərdiş etmiş istifadəçilər üçün öz rahatlığını, satıcılar üçün isə müştərinin identifikatoru funskiyasını az-çox itirib.

Mastercard çeklərdə imzalardan imtina edilməsində artıq əhəmiyyətli uğurlara nail olub. Hazırda Şimali Amerikada Mastercard tranzaksiyalarının 80%-i kart istifadəçisinin imzasını tələb etmir.

Şirkətdən verilən məlumatda deyilir ki, imzadan imtina heç bir risk daşımır.

Son xəbərlər
Digər xəbərlər