Azərbaycanda əmanətlərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində sığorta bazarının səmərəliliyinin artırılması və perspektiv inkişafına yönələn prioritet istiqamət kimi öz əksini açıqlanıb.
Sənəddə qeyd edilib ki, pul mücrüsü yanaşmasından risk-əsaslı sığorta haqları sistemi yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulur.
Oxşar yazı: Əhali Bank Avrasiya-dan əmanətlərini çəkir
Bundan başqa, kredit proseslərinin effektiv təşkil olunması məqsədilə geniş funksiyalara malik kredit bürolarının yaradılması, özəl kredit bürolarının yaradılmasının təşviqi, onlarla Mərkəzləşdirilmiş Kredit Reyestri arasında məlumat mübadiləsinin təşkili, milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi, tranzaksiya xərclərinin azaldılması və sürətinin artırılması məqsədilə milli ödəniş sisteminə inteqrasiya olunmuş qiymətli kağızların klirinq sisteminin yaradılması, sığortalıların mərkəzi reyestrinin yaradılması, sığorta sektoru üzrə tənzimləmə və nəzarət mexanizmlərinin diaqnostikasının aparılması, yeni mexanizmin tətbiqi üzrə tədbirlər planının hazırlanması və icrası, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsi və ödəmə qabiliyyətinin gücləndirilməsi, sığorta fəaliyyətində dövlət nəzarətinin səmərəliliyinin artırılması, maliyyə savadlılığının artırılması istiqamətlərinin müəyyənləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, tədbirlərin icrası və monitorinqi, maliyyə sisteminə dəstəkverici hüquqi çərçivənin gücləndirilməsi, girov münasibətlərinin hüquqi və təşkilati bazasının təkmilləşdirilməsi və prosedurların sadələşdirilməsi də prioritet istiqamətlər kimi müəyyən edilib.