Unibank.az və hesab.az vasitəsi ilə Unibanka kredit ödənişləri zamanı heç bir komissiya tutulmayacaq. Unibank müştərilərdən tutulan komissiya xərcini öz üzərinə götürüb. Qeyd edək ki, indiyədək MilliKart üzvü olmayan bank kartları ilə onlayn kredit ödənişləri zamanı 1.18% əlavə komissiya tutulurdu.
Çoxdandır ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilir.