Group Motors vakansiyalar elan edir — 3 vəzifə üzrə

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi.

I- “Texniki Məsləhətçi” 

Vəzifə öhdəliklər:

• Servisdə avtomobil təmiri ilə bağlı texniki problemləri həll etmək;
• Texniki problemlərin həll edilməsi üçün istehsalçı ilə yazışmalar aparmaq;
• İstehsalçı treninqlərində iştirak etmək;
• Servisdə təlim sisteminin qurulmasında və kadr hazırlığında  iştirak etmək;
• Ustalara nəzəri və praktik  təlimlər keçirmək;
• Servisdə təmir prosesinin mükəmməl bilən bacarıqlı ustalar yetişdirmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:

• Yaş: 30-45;
• Ali texniki təhsil (Texniki sertfikat  -“ Diaqnostik texnik”);
• Servisdə avtomobil təmiri sahəsində 5 ildən çox staj;
• Praktik öyrətmək bacarığı;
• Xarici dil (İngilis,Rus, Türk və s. –Yazmaq,oxumaq, danışmaq);
• MS Office proqramlarında işləmə bacarığı;
• Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.


II- “Ehtiyat hissələri və aksesuarların satışı üzrə məsləhətçi

Vəzifə öhdəliklər:

• EPC-də (Ehtiyat hissələrinin elektron kataloqu) ehtiyat hissələrinin kataloq nömrələrinin müəyyən edilməsi;
• Müştərilərə ehtiyat hissəsinin qiyməti, mövcud olub olmaması və  çatdırılma tarixləri barədə
məlumat verilməsi;
• Müştərilər üçün satış sifarişlərinin icrası;
• Sifariş edilmiş ehtiyat hissəsinin anbara daxil olması ilə bağlı müştəriləri məlumatlandırılması;
• Bütün zəruri sənədlərin müvafiq orqanlara çatdırılması;
• Servis tələblərinin tərtib edilməsi (kuza, mexanini, müharrik sexləri) ;
• Müştərilərin telefon zənglərinə cavab verilməsi;
• Gündəlik satış hesabatlar barədə rəhbərliyə məulmatın təqdim edilməsi;
• Aksessuarlar və onların qiymətlərinin rəflərdə yerləşdirilməsi və onları təmiz və
sələqəli saxlanılması;
• Anbarda malların inventarizasiyasında iştirak etmək;
• Anbara malların qəbul edilməsində iştirak etmək;
• Anbardan malların təhvil verilməsi anbardarın proseduruna əsasən (zəruri hallarda);
• Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi;
• İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq;
• Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək.

Namizədlərə tələblər:

• Yaş: 22-35;
• Ali təhsil;
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• EPC də (ehtiyat hissələrinin elektron kataloqu)  ilə işləmə bacarığı;
• Avtomobil alətlərinin bilməsi;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.


III- “Recall üzrə inzibatçı

Vəzifə öhdəliklər:

• İstehsalçılardan daxil olunan sənədlərin qəbul edilməsi və qeydə alınması;
• Müştərilər üçün məlumat məktublarının tərtib edilməsi, müştərilərə zəng edilməsi və mesaj göndərilməsi;
• Avtomobil üçün ehtiyac olan detalların sifarişi;
• Əvəz edilən detalların qeydiyyata salınması;
• Təmir olunmaya nəzarət;
• Geri çağrılmış kompaniyaların ümumi hesabının aparılması;
• Təchizatçılarnan əlaqə saxlamaq;
• Müştərilərin şikayətlərinin hazırlanması;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:

• Yaş: 22-30;
• Ali təhsil;
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan, rus və texniki ingilis dillərini bilməli;
• Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə vakansiyanın adını qeyd etməklə  cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Son xəbərlər
Digər xəbərlər