10 C
Baku
Thursday, December 12, 2024

SOCAR-ın zavodu Türkiyəyə $2,5 mlrd. qənaət edəcək: dizel istehsalında

2017-ci ilin 8 ayı ərzində Türkiyədə 15,6 mln. ton dizel yanacağı istehlak olunub. Ötən ilin müvafiq dövrü ərzində Türkiyədə istehlak olunan dizel yanacağının həcmi 14,4 mln. ton idi.

Hesabat dövründə qonşu ölkədə 7,2 mln. ton dizel yanacağı istehsal olunub. Qeyd edək ki, 2016-cı ilin 8 ayı ərzində bu göstərici 5,9 mln. ton olub.

Bu ilin yanvar-avqust ayları ərzində Türkiyə 8,354 mln. ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,47% azdır.

Türkiyənin Enerji Bazarlarına Nəzarət İdarəsinin (EPDK) açıqlamasında deyilir ki, daxili bazarda dizel yanacağının istehsalının artırılması məqsədilə 2014-cü ildə TÜPRAŞ (“Koç” şirkətlər qrupuna daxildir) tərəfindən “Fuel Oil Dönüşüm Projesi”nin reallaşdırılmasına başlanılıb. Layihənin reallaşması ilə əlavə 3 mln. ton dizel yanacağına olan tələbatı qarşılamaq mümkün oldu. “Fuel Oil Dönüşüm Projesi”nin dəyəri 3 mlrd. dollardır və burada 500 nəfər işlə təmin olunub.

EPDK qeyd edir ki, daxili tələbatın ödənilməsi məqsədilə STAR neft emalı zavodunun tikintisi də olduqca əhəmiyyətlidir. Zavod 2018-ci ilin üçüncü rübündə fəaliyyətə başlayacaq. Burada il ərzində 4,7 mln. ton dizel yanacağı istehsal olunacaq ki, bu da hazırkı idxalın 1/3-nə bərabərdir. Zavodun ümumi dəyəri 6 mlrd. dollara yaxındır. Onun işə düşməsi ilə Türkiyə idxalda 2,5 mlrd. dollarlıq qənaət etmiş olacaq.

SOCAR Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 mln. ton neft təşkil edən STAR neft emalı zavodunun inşasına başlayıb. 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazırlıq mərhələsinin təməli qoyulub. Zavod ildə 10 mln. ton xam neft (sutkada 214 min barrel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın “Petkim” üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.

Zavodun qurulmasında əsas məqsəd “Petkim”in xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ilin üçüncü rübündə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5,6 mlrd. dollar təşkil edir. 2014-cü ili may ayında 23 beynəlxalq, eləcə də türk bankları ilə 3,29 mlrd. dollar kredit müqavilələri imzalanıb: bu kreditlərin 2,7 mlrd. dolları 18 il, 600 mln. dolları isə 15 il müddətinə imzalanıb.

Bundan öncə “SOCAR Turkey Energy A.Ş.”-nin rəhbəri Zaur Qəhrəmanov bildirib ki, daha əvvəl 5,4 mlrd. dollar olan layihənin dəyəri 6 mlrd. dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər