1. İnsan Resursları üzrə mütəxəssis 
Vəzifələri: 
- İşə qəbul prosesin aparılması və namizədlərlə görüşlərin keçirilməsi;
 - İşçilərlə əmək müqavilələrinin bağlanması, əmək kitabçalarının açılması ,yazılması ;
 - DSMF –dan əməkdaşlar üçün sığorta şəhadətnamələrinin alınması.
 - İşçilərin şəxsi işlərini aparır, formalaşdırır, kadrlar üzrə carı və prespektiv planları işləyib hazırlanması;
 - Şirkətdə yaranan vakant yerlər haqqında internet səhifələrində məlumatın yerləşdirilməsi;
 - E-Qov portalda qeydlərin aparılması;
 - İşçilərin davamiyyətinə nəzarət edilməsi, tebelin hazırlanması, davamiyyətsizlik hallarında cəzalandırma və s. tədbirlərin həyata keçirilməsi.
 
Bilməlidir:
- Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyini bilməlidir;
 - Kadr işləri ilə əlaqədar əsasnamə,təlimat və digər rəhbər səsnədləri.
 - Kadr işinin təşkili və hesabatların tərtibi.
 - Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış,təqdimat, tebel və s. sənədlərinin təşkilini
 - Qanunvericiliyə əsasən məzuniyyət ,müavinət , kompensassiyaların verilməsi və ödənilməsi qaydalarını.
 - İşgüzar ünsiyyətin etikası.
 
Tələblər:
- Ali təhsil;
 - İş təcrübəsi 3-5 il;
 - İş günləri : I – V günlər. İş saatları 09:00 – 18:00-dək ;
 - Nahar şirkət tərəfindən verilir;
 - Mobil rabitə;
 - Əmək haqqı görüş zamanı müəyyən olunur;
 
СV ( şəkil mütləqdir ) bu email-a göndərə bilərsiniz [email protected] mövzu qismində “İnsan Resursları üzrə mütəxəssis ” qeyd etmək mütləqdir.
2. Mühasib
Vəzifələri:
- Daxil olan pul vəsaitinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu təşkil edir;
 - Pul vəsaitləri, mal – material qiymətliləri və əsas vəsaitlər üzrə əməliyyatların vaxtlı – vaxtında mühasibat uçotu hesablarında əks etdirilməsini təmin edir;
 - Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə, xərc smetasına, məhsul satışına, işlərin görülməsinə nəzarət, o cümlədən maliyyə , hesablaşma, kredit əməliyyatlarının qanuni və vaxtında sənədləşdirilməsini təşkil edir;
 - Məhsulun (xidmətin) iqtisadi əsaslandırılmış hesabat kalkulyasiyasını, işçilərə əmək haqqının hesablanmasının düzgünlüyünü təmin edir;
 - Dövlət büdcəsinə hesablaşmaların və ödəmələrin düzgünlüyünü təmin etməli;
 - Banklara olan borclara görə ödəmələrin vaxtında yerinə yetirilməsini təmin edir;
 - Mühasibat sənədləri, ilkin sənədlər, hesablaşma və ödəmə öhdəlikləri üzrə sənədlərin düzgün sənədləşməsinə nəzarət edir;
 - Pul vəsaitlərinin, mal – material qiymətlilərinin, əsas vəsaitlərinin illik inventarizasiyasını təşkil edir, onların düzgünlüyünü təmin edir;
 - Mühasibat üçotu məlumatlarına əsaslanaraq müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi analizində, təsərrüfat daxili ehtiyatların aşkar olunmasında, itkilərin aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir;
 - Mühasibat və ilkin sənədlər əsasında mühasibat hesabatlarının vaxtında tərtib olunmasını və lazımı orqanlara göndərilməsini təmin edir;
 - Müəssisənin struktur rəhbərlərinə mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi analiz üzrə metodiki köməklik göstərir;
 - Mühasibatlıq işçilərinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətində aktiv iştirakını təmin edir;
 - Mühasibat sənədlərinin qorunmasını təmin edir və onların təyin olunmuş qaydada arxivə verilməsini təmin edir;
 - Mühasibat balansından çatışmamazlıqların, debitor borcların və digər itkilərin düzgün silinməsini təşkil edir;
 - Mal – material qiymətlilərinin, pul vəsaitlərinin qanunsuz xərclənməsinə, maliyyə. təsərrüfat pozğunluqlarına qarşı tədbirlərdə aktiv iştirak edir;
 - Mühasibat işçilərinin nizam – intizam qaydalarına düzgün əməl etməsini təmin edir, işçilərə əmək haqqı təyin olunmasında bilavasitə iştirak edir.
 
Bilməlidir:
- Mühasibat uçotu haqqında qanunvericiliyi;
 - Yuxarı təşkilatların, maliyyə – yoxlama orqanlarının təşkilatı mühasibatlıq uçotu və hesabatların tərtib olunması və həmçinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə aid olan normativ və metodik, əmr, sərəncam və digər rəhbər sənədləri;
 - Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
 - Müəssisədə mühasibat uçotunun təşkili əsasnaməsini və təlimatlarını;
 - Maliyyə hesabatlarının forma və qaydalarını;
 - Müəssisənin təsərrüfat – maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını;
 - Pul vəsaitlərinin, mal – materialların və başqa qiymətlilərin qəbul, mədaxil, saxlanma və xərclənmə qaydalarını;
 - Debitorlar və kreditorlarla hesablaşma qaydalarını;
 - Hüquqi və fiziki şəxslərin vergi öhdəliyi şərtlərini;
 - Pul vəsaitlərinin və mal – material qiymətlilərinin inventarlaşmasının aparılması qaydalarını;
 - Mühasibat balansını və hesabatlarının tərtib olunması qayda və müddətini;
 - Yoxlanışların aparılması qaydalarını;
 
Tələblər :
- Təhsil: Ali
 - İş stajı: Müvafiq vəzifədə 5 ildən az olmayaraq
 - Dil biliyi: Azərbaycan – ə`la
 - Kompüter biliyi:MS Office. 1C. Səviyyə:Əla
 
Digər Tələblər
- İş şərtləri: Rus və İngilis dili bilənlərə üstünlük verilir
 - İş günləri: həftənin 5günü.
 - İş saatları: 09:00 – 18:00-dək ;
 - Nahar şirkət tərəfindən verilir;
 - Mobil rabitə;
 - Əmək haqqı görüş zamanı müəyyən olunacaq ;
 
СV ( şəkil mütləqdir ) bu email-a  [email protected] “Mühasib ” başlığı ilə göndərməyiniz  xahiş olunur.


