Azərbaycan banklarının cəmi aktivləri 26,2 milyard manat kiçilib

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri  26,163.6 milyon manat olub. İlin əvvəli ilə müqayisədə 6 milyard 243 milyon manat azalması deməkdir. Banker.az bu barədə MBNP-nın 2017 ci ilin sentyabr ayına olan icmal göstəricilərinə istinadən xəbər verir.

Hesabat dövründə, bankların cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil etmişdir.

Sektorun balans kapitalı avqusta 2 milyard 924 milyon  manat olduğu halda sentyabrda artaraq 3 milyard 186 min manat olub.

Əhalinin əmanətləri isə 6,999.5 milyon manat olmuşdur.

Banklar sentyabrda 479.7 milyon mənfəətlə bitirib. Bu avqusta 350.3 mln. manat idi.

 

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər