5 C
Baku
Saturday, December 14, 2024

Nobel mükafatından məhrum edilmiş ədəbiyyat dahiləri

Jorge Luis Borges

Argentinalı dahi roman və esse yazıçısı 5 yaşından etibarən yazmağa başlayıb. 87 illik həyatı boyunca o müxtəlif növlü çoxsaylı mükafatlara layiq görülmüşdür, lakin tək Nobel mükafatından başqa. O 1970-ci ilə bu mükafata namizəd olaraq təqdim olunsa da, sonradan layiq görülməmişdi. Bu zaman mükafat ideoloji səbəblər də daxil olmaqla Aleksandr Soljenitsinə verilmişdi.

Borges daha sonradan bu mükafata ümid edə bilərdi. Lakin Çili də hakimiyyəti Pinoçeta hərbi birləşməsi ələ keçirdikdə yazıçı ona qarşı simpatiyasını gizlədə bilmir. Beləliklə, ideologiya növbəti dəfə Borges-in əleyhinə çıxış edir. Pinoçetanın əlini sıxan heç bir kəsi Nobel akademiyası mükafata layiq görmədi. Yazıçı buna münasibət bildirərək demişdi: “Mənə Nobel mükafatının verilməməsi milli skandinaviya ənənəsinə çevrilib”.

Ezra Paund

O dövrlərdə elə bir yazıçı tapmaq olmazdı ki, onun yaradıcılığında Paundun təsirləri hiss olunmasın. Paundun adı bu zaman Mussolini rejimi ilə birgə çəkilirdi və o II dünya müharibəsi başa çatana qədər bu refimin ideyalarını ardıcıl olaraq müdafiə edirdi.

1945-ci ildən sonra yazıçı məşhur Bollingen mükafatına layiq görüldükdə bu böyük qalmaqala səbəb oldu.  Nobel komitəsi isə onu 1972-ci ildə vəfat etməsinə qədər belə mükafatdan məhrum etdimişdi.

Lakin bəzi yazıçılar var idi ki, onların bəxti gətirmişdi. Məsələn, Norveçli Knut Hamsun mükafatı 1920-ci ildə – bütün dünyaya Üçüncü reyxə olan dərin simpatiyasını elan etməmişdən öncə almışdı. O öz mükafatını Hitlerin ən yaxın həmkarı olan Joseph Goebbels-ə hədiyyə etmişdi.

Mark Tven

Mark Tvenin Nobel komitəsinin diqqət mərkəzinə düşmək üçün 9 dəfə şansı olub. Lakin komitə amerikan ədəbiyyatının inkişafına əsaslı şəkildə təsir göstərmiş bu insana kiçicik də olsa diqqət ayırmadı. Bu hadisədən sonra ABŞ ədəbiyyatında Nobel mükafatına layiq görülmək ironiyaya və müxtəlif zarafatların yaranmasına səbəb oldu.

Nobel komitəsi belə hesab edirdi ki, Ştatlar həddindən artıq “təcrid olunmuş” və “özünə qapalı” olduğundan dünya ədəbiyyatına nüfuz edə bilmir. Bununla da dahi yazıçı mükafatdan məhrum edilir.

Daha sonradan komitə Tvenin birbaşa “varisləri” olan Ernest Heminquey və Uilyam Folkneri mükafata layiq görsə də, Jerome David Salinger, John Updike və Philip Roth kimi görkəmli amerikan yazıçılar diqqətdən kənarda qalmışdı.

Lev Tolstoy

Mark Tven kimi Lev Tolstoy da 9 dəfə mükafatı ala bilərdi və təqribən eyni səbəblərdən Nobel mükafatından məhrum edilmişdi. Nobel komitəsi rus ədəbiyyatını dünya ədəbiyyatına təsir edə bilməyəcək dərəcədə təcrid olunmuş hesab edirdi.

Henrik İbsen

Dramaturgiyaya və XX əsr teatrına əvəzolunmaz təsirlər göstərmiş bu şəxs mükafatdan məhrum edilmiş dahi yazıçılardan biri olmuşdur. Mükafatın verilməsinin ilk illərində komitə Nobelin mükafatın verilmə şərtlərinə ciddi şəkildə riayət edirdi.
İsveç kimyaçı istəyirdi ki, ədəbiyyat üzrə Nobel mükafatı “insan ideallarını təsvir edən” yazıçılara verilsin. Lakin komitə üzvləri belə qərar verdilər ki, burada söhbət həmçinin ədəbiyyat ənənələrinə sadiq qalmaqdan da gedir.

Yuxarıda adları çəkilən yazıçılardan əlavə James Joyce və Vladimir Nabokov kimi yazıçılar da Nobel mükafatından məhrum edilmiş dahi yazıçılar sırasına daxildir.

Son xəbərlər
Digər xəbərlər