10 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”də xarici audit aparılır

Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu – “Amerika Gəmiçilik Bürosu” (ABS) hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də xarici audit aparır.

QSC-nin mətbuat xidmətindən Banker.az-a daxil olan məlumatda deyilir ki, audit 2015-ci ildən gəmiçilikdə tətbiq edilib işləyən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) hazırkı səviyyəsinin İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarının uyğunluğuna dair alınmış sertifikatların müvafiqliyini müəyyənləşdirmək üçün aparılır.

İlk iki gündə Dəniz Nəqliyyat Donanmasının gəmilərində audit həyata keçirilib. Növbəti günlərdə isə cəmiyyətin aparatının ayrı-ayrı struktur bölmələri də audit olunacaq.

Xarici audit zamanı cəmiyyətin aparatındakı bölmələrdə və gəmilərdə işin təşkili və sənədləşmənin TKİS-ə, həmçinin beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçiriləcək, müşahidələr aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək, AXDG rəhbərliyi nəticələr barədə məlumatlandırılacaq.

Nəticədən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə verilən sertifikatın müddəti uzadılacaq.

Noyabrın 11-dən başlayan xarici audit ayın 17-dək davam edəcək.

Son xəbərlər
Digər xəbərlər