Azərbaycanda proqram təminatı biznesi dörd ildə təxminən üç dəfə böyüyüb

Azərbaycanda proqram təminatının hazırlanması və İT məsləhət xidmətlərindən əldə olunan gəlirlər sürətlə artır.

Banker.az-ın məlumatına görə, 2025-ci ildə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsindən 608 milyon manat gəlir əldə olunub. 2024-cü ildə göstərici 464 milyon manat idi. İllik artım təxminən 31% təşkil edib.

2021-ci ildə bu istiqamətdən gəlirlər cəmi 212,2 milyon manat idi. Beləliklə, dörd il ərzində bazarın həcmi təxminən 2,9 dəfə böyüyüb.

Proqram təminatı və İT məsləhət xidmətlərinin informasiya və rabitə sektorundakı payı da əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə bu fəaliyyət növü sektorun gəlirlərinin 8,9%-ni təşkil edirdisə, 2025-ci ildə pay 15,1%-ə yüksəlib.

Eyni dövrdə mobil telefon rabitəsinin payı 41%-dən 32,1%-ə düşüb.

Bu göstəricilər informasiya və rabitə bazarının strukturunda ənənəvi mobil rabitədən proqram təminatı və internet xidmətlərinə doğru dəyişiklik getdiyini göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər