7 C
Baku
Thursday, December 12, 2024

Əhalinin vergilərə və kreditlər üzrə faizlərə xərclədiyi vəsait açıqlanıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2% artaraq 40 mlrd. 190,7 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,3%-i (34 mlrd. 282,7 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 416,2 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (723,4 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4%-i (1 mlrd. 768,4 mln. manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36,773 mlrd. manatlıq vəsait qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər