Bitcoin məzənnəsi həftə sonuna $8 minə bir qədər də yaxınlaşıb.
Banker.az bu barədə CoinDesk saytının son göstəricilərinə istinadən xəbər verir.
4 gün öncə kəskin, yəni, 25%-lik ucuzlamadan sonra kriptovalyuta, həftənin cümə günü daha yaxşı performans göstərək $7806.73 kimi yüksəlib. Bu da rəqəmsal valyutanın rekordunun yeniləməsi və il üzrə 700% artımın olmasının göstəricisidir.
Hazırda Bitcoin-nin kapitalizasiyası $130,3 milyarda yaxındır.
Bütün bu artımlar rəqəmsal valyutaya günbə-gün təlabatın yaranmasının göstəricisidir.
Bir çox xarici banker və ekspertlər tezliklə kriptovalyutaların real pullarının əvəz etməsinə gətirib çıxaracaq.