İnsanlar gözəl qablaşdırmaya görə pul ödəməyə hazırdırlar, hətta onun içi boş, hava ilə dolu olsa belə. Fransa universitetlərindən birinin 22 yaşlı tələbəsi Antuan Dibley bunu yaxşı başa düşmüşdü. O, öz doğma şəhəri Monkukin havasını satacağı barədə bir məlumatı xeyriyyə saytlarının birində yerlışdirir. Və o, qısa bir müddət ərzində 800 avrodan çox pul yığa bilir və onlayn- servis açaraq ilk məhsullarını istehsal etməyə və çatdırmağa başlayır.
Jurnalistlər Antuanın açdığı «Air de Montcuq» şirkəti haqqında xəbər tutduqda onun işləri daha da yaxşı getməyə başlayır. Cəmi üç həftə ərzində gənc iş adamı mindən çox sifariş alır. Onun uğurunun səbəbi düzgün şəkildə keçirilmiş marketinq siyasəti və məhsuldar reklamda idi.
Məhsulun təsvirində belə deyilir: «100% təbii Monkuk havası, o, sizi sakit şəhərcik ab-havasına qərq edəcək və yeni fikirlərin yaranmasına səbəb olacaq. Yaradıcı ilham axtaran hər kəs təmiz hava qəbul etməlidir». Həmçinin satıcılara xəbərdarlıq edilir: «Bankanın içindəkini cəmi bir dəfə istifadə etmək olar. Buna görə bankanın ağzını açıq qoymayın».
Monkuka bərpa olunmaz zərər yetirməmək üçün biznesmen qiymətli resursun əldə edilməsini həftədə 10 litrə qədər məhdudlaşdırır. Məhsulun keyfiyyətini təmin etmək üçün hər bir bankanı 3,5 dəqiqə ərzində hava ilə doldururdular.
Əgər siz Fransa atmosferinə qərq olmaq istəyirsinizsə, təmiz hava bankalarını əldə etməyə tələsin, çünki Antuan Dibley bir müddətdən sonra başqa layihələrlə məşğul olmağı düşünür.