6 C
Baku
Monday, December 16, 2024

Maliyyə naziri Azərbaycanın iqtisadi vəziyyəti haqqında danışdı

Azərbaycanda iqtisadiyyatın resessiya tempi bir il ərzində 3,9 faizdən 0,6 faizədək azalıb.

Bunu Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə paketinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın qeyri-neft sektoru da 2,5 faiz artıb: “Qeyri-neft ixracının stimullaşdırılması nəticəsində xarici ticarət balansında 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb”.

S.Şərifov qeyd edib ki, valyuta ehtiyatlarına qənaət, ölkəyə valyuta daxilolmalarının artması, eləcə də monetar və fiskal tədbirlər nəticəsində dövlət büdcəsindəki kəsir ilin əvvəlindən 12 faiz bəndi azalıb və bu ilin 9 ayı ərzində ÜDM-nin 1,2 faizi qədər profisit əldə edilib: “Dövlət sektorunun birgə valyuta ehtiyatları hesabat dövründə 10 faiz və ya 4,5 milyard dollar artıb. Eləcə də ilin əvvəlindən manatın məzənnəsi dollara nisbətdə 10 faizdən çox möhkəmlənib”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər