“Alfa Kapital” BOKT (əvvəlki Effektivİnvest) 2026-cı ilin ilk yarısını 331 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründə cəmi 3 min manat idi.
Banker.az xəbər verir ki, ilk yarımidldəki mənfəətin kəskin yüksəlməsində əsas amil faiz gəlirlərinin 75,4% artaraq 636 min manata çatması və kreditlər üzrə ehtiyat xərclərinin 74,3% azalaraq 95 min manata düşməsi olub. Nəticədə xalis faiz gəliri 67,3% artaraq 510 min manata yüksəlib. Eyni zamanda xalis haqq və komissiya gəlirləri 9,8% azalaraq 176 min manat təşkil edib.
BOKT-un ümumi gəlirləri 831 min manat təşkil edib ki, bu da illik müqayisədə 45% artımdır. Ümumi xərclər isə 501 min manat olmaqla 11,7% optimallaşdırılıb. Xərclərin gəlirlərə nisbəti ötən ilin 98,9%-indən 60,2%-ə düşüb. Əməliyyat gəlirləri 37,2% artaraq 686 min manata yüksəlib, ümumi inzibati xərclər isə 108,1% artaraq 260 min manat olub.
İyunun 30-na “Alfa Kapital”ın cəmi aktivləri 4 milyon 582 min manat təşkil edib və illik müqayisədə 35,9% artıb. Aktivlərin 3 milyon 879 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Kredit portfeli 32,1% böyüyüb.
BOKT-un cəmi öhdəlikləri 2 milyon 504 min manat olub və illik 25% artıb. Cəmi kapital 2 milyon 78 min manata çataraq 51,9% yüksəlib. Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 344,58 min manatdan sıfıra enib, hesabat dövrünün mənfəəti isə 330,73 min manat olub. 2025-ci ilin iyulunda təsisçiyə dividend ödənilməsi məsələsi ümumi yığıncaqda müzakirə edilib.
BOKT 2026-ci ikinci rübünün sonuna işçilərinin sayı 21 nəfərdən 25-ə yüksəlib. “Alfa Kapital” 16 may 2013-cü ildə “Effektinvest” adı ilə dövlət qeydiyyatına alınıb və 2026-cı ildə rebrendinq edib. Hazırda nizamnamə kapitalı 1,02 min manatdır. Pay bölgüsündə Fərid Köçərli 51,97%, Şirin Cavadov 46,57% paya malikdir.







