6 C
Baku
Wednesday, January 15, 2025

Yaddaşında problemlər olduğu üçün böyük məsəfələr qət edən idmançı-qadın

Diana van Deren bütün dünyada qaçış üzrə idmançı kimi tanınır. O, həddindən artıq uzaq məsafələrə qaçış üzrə məşhur idi. Bu qadın yatmadan və istirahət etmədən bir neçə günlərlə qaça bilər. Bunun sirri həmin qadının 16 yaşındaykən keçirtdiyi əməliyyatdadır.

Cavanlıqda Diana professional tennisçi idi və ultra qaçışçı olmaq haqqında düşünmürdü belə. Üçüncü hamiləlik dövründə, onun 28 yaşı olanda onun epilepsiya tutmaları başlayır. Lakin bu onu idmanla məşğul olmaqdan imtina etməyinə səbəb olmur. On il ərzində Diana özü ilə mübarizə aparırdı, məşqlərdə, yarışmalarda iştirak edirdi, lakin onun xəstəliyi irəliləyirdi və 1997-ci ildə van Deren əməliyyat etmək qərarına gəlir. Onun beyninin sağ gicgah hissəsinin toyuq yumurtası boyda bir qismini əməliyyat vasitəsi ilə götürürlər. Lakin əməliyyatdan sonra qadının yaddaşı ilə vaxtı qavramasında problemləri əmələ gəlir.

Günlərin bir günü qaçışdan sonra Diana nə qədər məsafə qaçdığını və buna nə qədər vaxt sərf etdiyini yada sala bilmədiyini aşkarlayır. Əldə etdiyi düşüncə xüsusiyyətini inkişaf etdirərək və dözümlülüyünü məşq etdirərək o, möcüzəvi şəkildə uzun müddət qaçmağa nail olur. Növbəti bir neçə ildə həmin qadın qaçaraq minlərlə kilometr qət edir.

İdmançı super marafon məsəfələrə qaçış üzrə demək olar ki, bütün yarışmalarda qalib olur. Onun ən son nailiyyətlərdən biri bir neçə günlük «Yukon Arctic Ultra 300» yarışmalarında qalib olmasıdır. Bu yarışmada iştirakçılar Kanadanın şimal-qərbində qarla örtülmüş Yukon ərazisi ilə ümumilikdə 482 kilometr qət etməli idilər.

İndi Diananın 54 yaşı var. Yarışmalarda formasını itirməmək üçün o, hər gün təxminən 40 kilometr qaçır.

Son xəbərlər
Digər xəbərlər