“Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib. Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb
“2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.
Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək”.
Ş.Mustafayev qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub.
Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.
Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib”.
Onun sözlərinə görə, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək.
“Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur”.