1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan özünü kartofla təmin edə bilirmi?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda 65,3 min hektar sahədə kartof əkilib, 992,8 min ton məhsul istehsal edilib, məhsuldarlıq 152 sen/ha olub. 2013-cü ilin əvvəlinə 553,1 min ton kartof ehtiyatı qalıb, 2013-cü ilin sonunda 992,8 min ton kartof istehsal edilib və həmin ilin sonuna 78 min ton məhsul idxal edilməklə cəmi 1624 min ton kartof ehtiyatı yaranıb. 1624 min ton kartof ehtiyatından 2014-cü ilin məhsulu üçün 196 min ton toxuma, 370 min ton mal-qara və quş yeminə, 692 min ton ərzaq məhsulu kimi istifadəyə, 64 min ton itkiyə, 54 min ton ixraca istifadə edilib.
2014-cü ilin əvvəlinə 581 min ton kartof ehtiyatı qalıb. Həmin il ərzində 819 319 min kartof istehsal edilib. 2015-ci ilin əvvəlinə 541 666 ton qalıq kartof qalıb, 839 795 ton məhsul istehsal edilib.

2016-cı ilin əvvəlinə qalıq kartof 534 264 ton, istehsal 902 396 ton olub. Bu il ərzində 188 373 ton kartofdan toxuma, 28 904 ton kartofdan mal-qara və quş yeminə, 721 585 ton kartofdan ərzaq məhsulu kimi istifadəyə, 58 502 ton itkiyə gedib. Ümumilikdə 2016-cı ildə 1628 ton kartof ehtiyatı yaranıb.

Nazirlər Kabientinin təsdiq etdiyi minimum istehlak səbəti üzrə kartofun adambaşına düşən illik istehlak norması 50,7 kq götürülüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki, 2017-ci ildə 58 773 hektar sahədə kartof əkini aparılıb:

“Noyabrın 1-nə olan məlumata görə, ölkədə 886 min ton kartof istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, kartof sahələrindən ildə iki dəfə məhsul götürək. Kartofun erkən yaz əkini və yay əkini var. Taxıl və paxlalı bitkilər yığıldıqdan sonra kartofun yay əkinini aparmaqla üçüncü dəfə məhsul əldə etmək olar. Yəni erkən-yazda əkilən kartofdan faraş məhsul alınır. Bu da təxminən aprel ayının əvvəlinə təsadüf edir”.

Nazirlik rəsmisideyib ki, əldə olunan məhsul həm daxili bazara çıxarılır, həm də ixrac olunur:

“Digər tərəfdən kartofun həm də yay əkini aparılır. İyun ayında kartofu ikinci dəfə əkib payızda məhsul eldə edirik”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər