9 C
Baku
Thursday, December 12, 2024

Yeni il şənliyini necə faydalı şəkildə qeyd etmək olar

Biz sizə bu məqalədə dostlarınız və yaxud iş yoldaşlarınızla vaxtınızı maksimal dərəcədə faydalı keçirtmək üçün bir neçə məsləhət təqdim edəcəyik.

Təbii ki, qəliz hərb planları qurmaq gərək deyil, lakin bayramın planlaşmasına bir az vaxt ayırmaq lazımdır. Bayramın bütün axşamı sizə daah yaxın olan iş yoldaşlarınızla söhbət edərək vaxt keçirmək fikri çox cəlbedici gələ bilər sizə, lakin başqaları haqqında da unutmaq lazım deyil. Kiminlə aranızı düzəltmək istəyərdiniz və onunla hansı mövzularda danışacağınız haqqında düşünün.

Düzgün insanlarla ünsiyyət qurun

Öz müdiriniz və digər əhəmiyyətli və təcrübəli insanlarla ünsiyyət qurmağı unutmayın. Onlarla danışacağınız mövzuları və onlara uzun müddətdir vermək istədiyiniz sualları öncədən hazırlayın. Lakin əmək haqqının artırılması haqqında danışmasanız yaxşıdır.

Uyğun libas

Yeni il şənliyi üçün rəngarəng qalstuk və yaxud bayram sırğaları uyğundur, lakin əndazədə. Qadınlar açıq libaslara üstünlük verməməli, kişilər isə teatr aktyorlarına oxşamamağa çalışmalıdırlar.

“+1”- hər zaman uyğun deyil

Əgər siz özünüzü daha çox ünsiyyətə və iş əlaqələrinin gücləndirilməsinə yönəltmişsinizsə, bu zaman həyat yoldaşınızla gəlmək məsləhət görülmür. Əgər siz öz yoldaşınızla gəlsəniz, vaxtınız çoxunu ona ayırmaq məcburiyyətində olacaqsınız. Və siz daim iş yoldaşlarınız və yaxud müdirinizlə ünsiyyət qursanız, sizin həyat yoldaşınız tək qalacaq və darıxacaq. Bu isə onun heç xoşuna gəlməyəcək.

Spirtli içkilərlə ehtiyyatlı olun

Artıq dərəcədə spirtli içki qəbul etmiş insanlara qulaq asmaq və onları izləmək hər kəsə xoş deyil. Təbii ki, sizə heç kim spirtli içki qəbul etməyi qadağan etmir, lakin özünüzü nəzərət altında saxlayın və spirtli içkiləri təbii şirələrlə növbələşdirərək qəbul edin.

Danışın, lakin əndazədə

Hər kəsə öz problemləriniz və çətinlikləriniz haqqında danışmaq fikri sizə cəlbedici gələ bilər, lakin bütün diqqəti öz üzərinizə çəkməyin. Axı siz istəməzsiniz ki, bayram şənliyində siz onlara yenə də şikayətləyənəcəyiniz və yaxud özünüzü tərifləyəcəyiniz üçün sizdən qaçsınlar.

Nə zaman getməli olduğunuz vaxtı bilin

Şənliyin ən maraqlı hissəsində sizə şənliyi tərk etməyi məsləhət görmürük. Lakin  səhərə qədər qalmaq da lazım deyil. Şənliyinin tempinin azaldığı vaxta fikir verin.

Şənlik zamanı və ondan sonra

Əgər şənlik zamanı sizin iş yoldaşlarınız və yaxud müdiriniz ilə maraqlı söhbətləriniz olubsa, şənlikdən sonra bunları xatırlamağı unutmayın. Daha sonra işdə hər hansısa nəticələri, yeni fikirləri müzakirə edin.

Son xəbərlər
Digər xəbərlər