Növbəti tədbirdə özünüzü daha rahat hiss etmək və insanlarla daha asanlıqla işgüzar münasibət qurmaq üçün bu məsləhətlərdən yararlanın.
Hər hansı sahə üzrə necə yaxşı mütəxəssis olduğunuz və yaxud necə bir məhsul yaratdığınız barədə bəhs etməsəniz bundan heç kəs xəbərdar olmayacaq. Bunun üçün isə yeni işgüzar əlaqələr, münasibətlər qurmaq gərəkdir.
1. Diqqəti özünüzə deyil, müsahibinizə yönəldin
Onun sizə nə edə biləcəyini deyil, sizin müsahibiniz üçün nə edə biləcəyinizi soruşun. Söhbəti “Mən bu məhsulu yaradıram, almaq istəyərdiniz?” və yaxud “Mən elə mükəmməl bacarıqlara sahibəm ki, məni işə götürmək istəməzdiniz?” cümlələri ilə başlamayın. Bunun əvəzində isə “Hazırda X layihəsi üzərində işləyirəm. Bu məhsul necəsə sizə kömək edə bilər?” deməyiniz daha məqsədəuyğundur.
2. Söhbət üçün bir neçə sual və mövzu hazırlayın
Ali söhbətlər və spontan dialoqlar qurmaq sizdə çətinliklə alınırsa, biznes-görüş və konfranslarda müsahibinizə verə biləcəyiniz bir neçə sual düşünün. Məsələn: “Bu konfransın diqqətinizi çəkmə səbəbi nədir?”, “Məşğul olduğunuz sahədə hazırda maraqlı nə baş verir?”.
Konfransa yollanırsınızsa orada başqa kimlərin iştirak edəcəyini araşdırın. Onlara əvvəlcədən sosial şəbəkələrdə yaza, sizin də orada iştirak edəcəyinizi qeyd edə və şəxsi olaraq tanış olmaq istədiyinizi vurğulaya bilərsiniz. Belə olduqda, artıq tədbirdə sözügedən müsahib ilə işgüzar münasibət qurmaq daha rahat xarakter alacaq.
3. Dostunuzu özünüz ilə aparın
Dostunuz ilə birlikdə olduqda, yeni insanlarla tanışlıq qurmaq daha asan olacaq. Xüsusən də, dostunuz ünsiyyətcildirsə və müzakirələr etməyi sevirsə. Belə bir dostun müşayiəti ilə gərginliyiniz azalacaq və özünüzü daha inamlı hiss edəcəksiniz. Siz də qəbul edərsiniz ki, təklikdə kiməsə yaxınlaşmaq və artıq başlanan söhbətə qoşulmaq bir qədər çətindir.
4. Qeyri-standart şərtlərdə tanışlıq yaratmağa çalışın
Qeyri-standart şərtlərdə işgüzar münasibətlər qurmağa çalışın və nəticədə tədbirlərdə artıq insanlardan çəkinməyəcəksiniz. Məsələn, mütəmadi olaraq səfər etdiyiniz idman zalı, yaxud könüllü olaraq məşğul olduğunuz iş yeri “məşq etmək” üçün ideal yerdir. Bu vəziyyətlər daha təbii xarakter daşıyır. Daha sonradan həmin şəxslərlə işgüzar tədbirlərdə qarşılaşdıqda artıq söhbət etmək üçün ortaq mövzulara sahib olacaqsınız.