“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.
“Budur əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycanda belə gözəl əsərlər yaradılır və xalqımıza bəxş edilir”, – deyə o vurğulayıb.
APA