10 C
Baku
Thursday, December 12, 2024

İŞİD-i bitcoinlə maliyyələşdirən qadın həbs edilib

ABŞ vətəndaşı olan bir qadın İŞİD terrorçularını bitcoinlə maliyyələşdirməkdə ittiham edilərək həbs edilib. Banker.az xəbər verir ki, bu haqda məlumat Nyu-Yorkun şərq rayonunun prokurorluğunun rəsmi saytında yer alıb.

Qurumun verdiyi məlumata görə, 27 yaşlı pakistanlı Zubiya Şahnaz ABŞ-da laboratoriya assistenti olaraq işləyirdi. O bitcoin əldə etmək və onları İŞİD döyüşçülərinə göndərmək üçün yalan yolla 85 min dollar kredit əldə edib.

BBC News-un məlumatında isə deyilir ki, bu gənc qadın Nyu-York hava limanında 9500 nağd dollarla saxlanılıb. O İstanbulda dayanmaqla Pakistan reysinə bilet alıb. Onun məqsədi Türkiyədən Suriya ərazisinə keçmək idi.

Qadın hazırda çirkli pulların yuyulmasında və banka yanlış məlumatlar təqdim etməkdə ittiham olunur. O bir neçə on il müddətinə azadlıqdan məhrum edilə bilər. Bundan əlavə, onun telefonunda İŞİD və onun fəaliyyəti ilə bağlı çox saylı axtarış sorğuları aşkar edilib. Onun vəkilinin versiyasına görə isə, köçürülmüş pullar suriyalı qaçqınlara kömək etmək üçün nəzərdə tutulmuşdu.

Son xəbərlər
Digər xəbərlər