Çinin çip istehsalçısı CXMT bazar kapitallaşmasına görə Tencent-i geridə qoyaraq ölkənin ən bahalı şirkəti olub. Bloomberg yazır ki, 13 avqust 2026-cı il ticarət sessiyasının yekununda CXMT-nin bazar dəyəri 555 milyard dollar, Tencent-in kapitallaşması isə 506 milyard dollar təşkil edib.
CXMT 2026-cı ilin iyul ayının sonunda Şanxayda keçirdiyi IPO zamanı 57,92 milyard yuan, yəni 8,6 milyard dollar cəlb edib. Şirkətin səhmləri 27 iyulda birjada ticarətə başladıqdan sonra 535% bahalaşıb.
Bloomberg qeyd edir ki, CXMT səhmlərinin sürətli artımı investorların süni intellekt və çip istehsalı ilə bağlı şirkətlərə yüksək marağını əks etdirir. Tencent səhmləri isə 2026-cı ilin əvvəlindən 26% ucuzlaşıb. Buna səbəb investorların şirkətin süni intellekt infrastrukturu üçün kapital xərclərinin artmasından narahat olmasıdır.
The Wall Street Journal-ın mənbələrinin məlumatına görə, Apple CXMT-dən yaddaş çiplərinin alınması ilə bağlı danışıqlar aparır. Şirkət həmin çipləri Çində satılan cihazlarında istifadə etməyi planlaşdırır. HP və Acer isə artıq CXMT məhsullarının tədarükünə başlayıblar.







