Dünya bazarlarında Brent markalı neftin qiyməti yenidən artmağa başlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 17 sent, yəni, 0,27% azalaraq 63.40$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 11 sent, yəni, 0,19% ucuzlaşaraq 57,41$-da qərarlaşıb.
Qeyd edək ki, Brent markalı neft ilə Texas nefti arasındakı fərq 7 dollardan 6 dollara qədər azalıb.